"Neftçi" yayda transfer etdiyi legionerlərdən biri ilə yollarını ayıra bilər.

Söhbət Aaron Olanaredən gedir.  Hücumçunun oyunu baş məşqçi Adrian Mutunu qane etmir. Nigeriyalı forvard belə davam edəcəyi təqdirdə qış fasiləsində komandadan göndərilə bilər. Qeyd edək ki, Aaron Olanare son olaraq Türkiyənin "Ərzurumspor" klubunda çıxış edib. 29 yaşlı forvard "Neftçi" ilə 1 illik müqavilə imzalayıb.